Hikmət Hacıyev Prezident Administrasiyası Türk Mədəniyyəti və İrsi Fondu

Türk Mədəniyyəti və İrsi Fondu Hikmət Hacıyevə Başsağlığı Verib

BAKI,TurkicWorld

Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Hikmət Hacıyevin atası Fərhad Hacıyevin vəfatı ilə əlaqəli başsağlığı verib .

TurkicWorld xəbər verir ki, Türk Mədəniyyəti və İrsi Fondu mərhumun ailəsinə, yaxınlarına və bütün sevdiklərinə səbir diləyib.

"Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri , hörmətli Hikmət Hacıyevin atası Fərhad Hacıyevin vəfatı xəbərini dərin kədərlə qarşılayır. Onun ömür yolu, ailəsi və yaxınları üçün hər zaman qürur mənbəyi olaraq xatırlanacaqdır. Bu ağır itkidə mərhumun ailəsinə, yaxınlarına və bütün sevdiklərinə səbir diləyir, başsağlığı veririk. Ruhu şad olsun.. " - deyə fondun başsağlığı mesajında qeyd olunub.

Mövzuya görə xəbərlər