Son dəqiqə

Azərbaycan Türkiyə Fələstin Pakistan Suriya Qırğızıstan İraq Ramazan bayramı Sadəcə İnsan (JUST HUMAN) təşkilatı

"Sadəcə İnsan" dərnəyi 17 ölkədə ramazan yardımları gerçəkləşdirəcək

Bakı,TurkicWorld

Sadəcə İnsan Beynəlxalq Yardım Dərnəyi, Ramazan ayında ehtiyac sahibi və məzlum ailələrə dəstək olmaq məqsədilə 17 ölkədə yardım fəaliyyətləri həyata keçirəcək.

TurkicWorld xəbər verir ki, yardım kampaniyasının aparılacağı ölkələr arasında Türkiyə, Fələstin, Suriya, Keniya, Uqanda, Bosniya və Herseqovina, Albaniya, İraq, Tanzaniya, Madaqaskar, Mozambik, Filippin, İndoneziya, Qırğızıstan, Malavi, Azərbaycan və Pakistan yer alır.

Ötən illərdə olduğu kimi, bu Ramazanda da dərnək ərzaq bağlamaları, iftar süfrələri, yetim uşaqlar üçün dəstək proqramları, zəkat və fitrə paylamaları ilə ehtiyac sahiblərinə yardım etməyi hədəfləyir.

2023-cü ildə minlərlə ailəyə ərzaq yardımı və yetim uşaqlara bayram geyimləri paylayan dərnək, on minlərlə insanı iftar süfrələrində qonaq etmişdi. Həmçinin,

2024-cü ildə “Ramazan Bərəkətdir” şüarı altında keçirilən kampaniya çərçivəsində isə 100 min nəfərə iftar yeməyi, ərzaq bağlamaları, bayram hədiyyələri, zəkat və fitrə yardımı edilmişdir.

Sadəcə İnsan Beynəlxalq Yardım Dərnəyi, 2025-ci il üçün "Ramazan Paylaşanda Gözəldir" şüarı ilə 17 ölkədə iftar süfrələri, ərzaq yardımları, fitrə, zəkat, fidyə və bayram hədiyyələri ilə yardım kampaniyalarını davam etdirməyi planlaşdırır.

Ramazan ayının ən önəmli ənənələrindən biri olan iftar süfrələri bu il də xeyriyyəçilərin dəstəyi ilə ehtiyac sahibləri ilə paylaşılacaq. Müharibə, böhran və yoxsulluqla mübarizə aparan bölgələrdə təşkil olunacaq iftar süfrələri vasitəsilə minlərlə insana isti yemək çatdırılacaq.

Bir iftar yeməyinin dəyəri 180 TL olaraq müəyyən edilib və bu dəstək sadəcə bir yemək deyil, eyni zamanda bir ümid işığı olacaq.

Ramazan ayında əsas qida məhsullarına çıxışda çətinlik çəkən ailələrə ərzaq bağlamaları paylanacaq. Dəyəri 1000 TL olan bu bağlamalarda un, yağ, düyü, şəkər, paxlalılar və digər əsas qida məhsulları yer alacaq.

Dərnək, Ramazan ayının sonunda yetim və ehtiyac sahibi uşaqlara bayram geyimləri hədiyyə edərək, onların bayram sevincini artıracaq. Xeyriyyəçilərin dəstəyi ilə həyata keçiriləcək bu kampaniya sayəsində minlərlə uşağın üzündə təbəssüm yaranacaq

Ramazan yardımlaşma və həmrəyliyin ən yüksək səviyyədə yaşandığı bir ay olduğu üçün dərnək zəkat, fitrə və fidyə bağışlarının həqiqi ehtiyac sahiblərinə çatdırılmasını təmin edəcək.

Bağışlar vasitəsilə yoxsul ailələrə dəstək veriləcək və süfrələr bərəkətlənəcək.

Ramazan yardımlarına dəstək olmaq üçün xeyriyyəçilər bilgisan.org.tr/bagis saytından və ya 0216 651 73 39 nömrəsinə zəng edərək ətraflı məlumat ala bilərlər.

Mövzuya görə xəbərlər