Son dəqiqə

Qərbi Azərbaycan İcması

Fransa səfirin açıqlaması ksenofob mahiyyət daşıyır - Qərbi Azərbaycan İcması

Bakı, TurkicWorld

Son günlər bəzi Qərb ölkələrinin daim əllərində bayraq etdikləri "söz azadlığı", "fikir müxtəlifliyi"nə nə qədər dözülməz münasibət bəsləmələrinin bir daha şahidi oluruq.

TurkicWorld xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir.

"Fransanın Azərbaycandakı səfiri tez-tez Azərbaycana qarşı "dahiyanə" tvitlər yazan Ermənistandakı səfir həmkarından geri qalmamaq niyyətinə düşmüş, lakin onun da tviti həmkarında olduğu kimi çox uğursuz alınmışdır.

Üstəlik, səfirin açıqlaması ksenofob mahiyyət daşıyır və bu mənada, Jozep Borelin "Avropa bağdır, qalan dünya isə cəngəllik" məzmunlu irqçi tezisinin davamıdır. Bütün bunlar Fransa diplomatiyasının iflasının, düşdüyü acınacaqlı vəziyyətin daha bir bariz nümunəsidir",- deyə bəyanatda qeyd edilib.

Mövzuya görə xəbərlər