Son dəqiqə

Gürcüstan Xankəndi

Gürcüstan azərbaycanlılarının növbəti qrupu Xankəndiyə gəlib

Xankəndi , TurkicWorld

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfərə gələn Gürcüstan azərbaycanlılarının növbəti qrupu Xankəndi şəhərinə gəlib.

TurkicWorld xəbər verir ki, 30 nəfərdən ibarət növbəti qrup bu gün Xankəndi şəhərini ziyarət edəcəklər.

Qeyd edək ki, Gürcüstan azərbaycanlılarının işğaldan azad olunan ərazilərə səfəri üç qrup olmaqla, altı gün ərzində həyata keçirilir. Birinci qrup ötən günlər Şuşa, Xankəndi və Ağdam şəhərlərində səfərdə olublar. İkinci qrup sabah Şuşa və Ağdam şəhərlərində səfərdə olacaqlar.

Mövzuya görə xəbərlər