Bakı. TurkicWorld:
Bakı Şəhər Halqası “Formula 1” təqvimində ən sevdiyim traslardan biridir.
TurkicWorld xəbər verir ki, bunu Ferrari-nin pilotu Şarl Lekler “Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024”ün ikinci gününün yekunları üzrə mətbuat konfransı zamanı deyib.
“Bakı Şəhər Halqası ən sevimli traslarımdan biridir. Hələlik bu yarışda qələbə qazana bilməmişəm və indi bunu düzəltmək istəyirəm. Bu, təqvimdəki ən sevimli traslarımdan biridir, o, həqiqətən mənə çox xoşdur. Birinci sərbəst yürüşlərdə baş vermiş qəza səbəbindən bizim üçün asan həftəsonu olmayacağını düşünmüşdüm. Amma bu qəza mənim əminliyimə təsir etmədi, çünki mən bilirdim ki, bizim tempimiz var", - deyə Ş.Leklee bildirib.
İkinci sərbəst yürüşlərdə komandanın maşınının yeni komponentlərindən biri ilə problem yaranıb və onlar daha yarım saat boksda itiriblər. Öz son cəhdində Şarl bir qədərdə sürətini artırmağa qərar verib və əla nəticə göstərə bilib.
"Maşın əla təəssürat bağışladı, hər şey qaydasında idi və mən poul qazandığıma görə çox şadam. Ferrari maşınları 1-ci və 3-cü mövqelərdən start götürəcəklər, ona görə də ümid edək ki, sabah biz komanda oyunu oynaya və yarışda qələbə qazana biləcəyik", - deyə Şarl qeyd edib.
Qeydə edək ki, sabah, yəni sentyabrın 15-i “Formula 1 Azərbaycan Qran Prisi”nin final günüdür.