Bakı, TurkicWorld
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 12 ildir ki, fəaliyyət göstərir
TurkicWorld xəbər verir ki, bu barədə İctimai Birlikdən bildirilib.
"Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyi 30 avqust 2012-ci ildə təsis edilib və həmin gündən etibarən birlik tərəfindən gənclərin davamlı inkişafını təmin etmək, onların maraq və hədəf çərçivəsini daha da genişlətmək, respublikanın ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştiraklarını təmin etmək üçün müəyyən addımlar atılıb.
1 il ərzində GMD tərəfindən 120-dən çox layihə keçirilərək gənclərin asudə vaxtları ən səmərəli və maarifləndirici formada dəyərləndirilib. Bu müddətdə şüarlarında olduğu kimi 14.000-dən çox gənc ilə birlikdə əylənib, öyrənib, inkişaf ediblər.
11.000-dən çox izləyici kütləsi olan birlik fəaliyyəti ilə gənclərin sevimlisinə çevrilib.
Hafiz Rufizoğlu