Son dəqiqə

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

Sağlam bədəndə, sağlam ruh olar layihəsinin ilk təlimi baş tutub

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Sağlam bədəndə, sağlam ruh olar” adlı layihənin ilk təlimi baş tutub.

Bu barədə TurkicWorld-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

Ahəng PRİM rəhbəri, psixoloq və təlimçi Vüsalə Əmiraslanovanın təqdimatında baş tutan təlimdə gənclər psixoloji sağlamlığın həyatımızdakı rolunu öyrəniblər. Burada yalnız fiziki sağlamlıq deyil, eyni zamanda ruhun, düşüncənin necə balansda olmalı olduğu barədə də danışılıb.

Qeyd etmək lazımdır ki, layihə rəhbəri Əmrah Həsənlinin olduğu, Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən “İdeyanı Reallaşdır” qrant müsabiqəsinin qalibi olan layihə gənclərə sağlamlığımızın vacibliyini aşılamaq məqsədi daşıyır.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

Memorandum Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) direktor müavini Rufiz Hafizoğlu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı arasında imzalanıb.

Mövzuya görə xəbərlər