Son dəqiqə

Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

18 oktyabr Müstəqilliyin Bərpası Gününə həsr olunmuş "Müstəqilliyimiz Əbədidir" adlı tədbir yekunlaşıb

Bakı, TurkicWorld

Azərbaycan Respublikası Gənclər Fondu və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi, UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsi, UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatı, UNEC Rəqəmsal Könüllülər Təşkilatı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə 18 oktyabr tarixində “Müstəqilliyimiz Əbədidir!” adlı tədbir baş tutub.

Bu barədə TurkicWorld-a “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyindən (GMD) məlumat verilib.

Tədbir Dövlət Təhlükəsizliyi Xidməti Şəhriyar adına Yaradıcılıq evinin nəzdində fəaliyyət göstərən Bənövşə Uşaq Xorunun təqdimatında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Azərbaycan Dövlət Iqtisad Universiteti Tələbələrlə İş üzrə Prorektoru dosent Səadət Qəndilova, Azərbaycan Respublikasının Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı və Siyasi Elmlər üzrə Fəlsəfə doktoru Pərviz Səmədovun çıxışları ilə tədbir davam edib.

Müxtəlif ifaçıların çıxışları baş tutan tədbirdə Azərbaycan Respublikasının Xalq Artisti Könül Xasıyeva, Azərbaycan Respublikasının Əməkdar Artisti Nuriyə Hüseynova, Azərbaycan Respublikasının Xalq Artisti Zaur Rzayev, Respublika və Beynəlxalq Müsabiqələr laureatı Fərid Əzizli, Bülbül adına orta ixtisas Musiqi Məktəbinin müəllim və tələbələri, UNEC Yaradıcılıq Mərkəzinin istedadlı solisti, Respublika müsabiqələrinin laureatı Elxan İsgəndərov, gənc ifaçı Fərid Mərd, xanəndə Nuray Şuşalı və İlkin Fuad öz ifaları ilə tədbirə rəng qatıblar.

“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxışı zamanı bildirib: “Keşməkeşli tariximizə nəzər salsaq müstəqilliyin bərpası bəyan edildikdən sonra Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti ilə bu müstəqilliyin bərqərar edildiyini və Azərbaycanın çox böyük inkişaf yolu keçdiyini gözönündədir. Ölkə prezidenti cənab İlham Əliyevin bu yolu davam etdirərək Azərbaycanı inkişafa, rifaha doğru apardığını və bu gün Vətən müharibəsində qazanılan Zəfəri çox böyük qürur hissi qeyd etmək istərdim.

Azərbaycan xalqı öz hədəflərinə məqsədyönlü şəkildə nail olan bir xalqdır. Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözlərini xatırladaraq qeyd etmək istərdim ki, "bizlər o günəşin zərrələri kimi Azərbaycanın gələcəyini daha da parlaq edəcəyik. Gələcəyimizin çiçəklənməsi, rifah içərisində olması üçün biz mümkün olan hər şeyi etməliyik. Biz bu ruhda böyüyən gənclik olaraq Azərbaycanın gələcəyinin təminatçısı və sahibi olacayıq”.

Məlumat üçün bildirək ki, Türkdilli dövlətlərin ilk ortaq media platforması olan “Türk Dünyası” (Turkic.World) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi tərəfdaşlıq memorandumu imzalayıb.

Mövzuya görə xəbərlər