Son dəqiqə

Türkiyə Türkmənistan

Türkmənistanda yeni türkcə-türkmən lüğəti nəşr olunub

Bakı,TurkicWorld

Türkmənistanda təhsil müəssisələrində xarici dillərin tədrisinə böyük əhəmiyyət verilir. Bu çərçivədə dil kursları üçün dərslik və lüğətlərin hazırlanması istiqamətində işlər aparılır.

TurkicWorld xəbər verir ki, Türkmənistan Milli Təhsil Nazirliyi tərəfindən tələbələrə dərs vəsaiti kimi tövsiyə edilən bu lüğət müasir türkcədə fəal şəkildə istifadə olunan təxminən 20 min sözdən ibarətdir.

Məlum olduğu kimi, türkmən və türk dillərinin tarixi kökləri eynidir və hər iki dil qədim oğuz dilinin davamı hesab olunur. Bu baxımdan bu dillərdə ümumi sözlərin olması təbiidir. Lakin iki qardaş xalqın müxtəlif coğrafi bölgələrdə yaşaması, qonşu dillərin təsiri, dilin inkişafının daxili qanunauyğunluqları və digər amillər onların lüğət tərkibi və fonetik quruluşunda müəyyən fərqlərə səbəb olmuşdur.

Lüğətdə köhnə oğuz sözlərinin bir qisminin türkmən dilində, bir hissəsinin isə türkcədə qorunduğu görünür.

Yeni “Türk-türkmən lüğəti”nin nəşri təkcə tələbələr üçün deyil, türkmən-türk dili əlaqələri ilə maraqlanan hər kəs, qısamüddətli kurslarda türkcə və türkməncə öyrənənlər üçün böyük əhəmiyyət kəsb edir.

Mövzuya görə xəbərlər