Son dəqiqə

Gənclər və İdman Nazirliyi

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempionluq qazanıb

Bakı. TurkicWorld

Robotexnika üzrə Azərbaycan milli komandası Hindistanın Yeni Dehli şəhərində gənclər və yeniyetmələr arasında keçirilən "Technoxian-2024” dünya robot çempionatının finalında ən yüksək nəticəni göstərərək dünya çempionu adını qazanıb.

Bu barədə məlumatı TurkicWorld-a Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi verib.

Yarışda ümumilikdə 8 komanda ilə iştirak edən milli komanda “RC Craft” kateqoriyasında qızıl medal, ”FPV Drone” və “Drone Soccer” kateqoriyalarında isə iki bürünc medal qazanıb. Ümumi ölkə sıralamasına görə Azərbaycan ən yüksək nəticə göstərərək dünya üzrə birinci yeri tutub.

Mövzuya görə xəbərlər