Son dəqiqə

Azərbaycan Azərbaycan Gənclər Fondu Gənclər və İdman Nazirliyi Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi

“Növbəti Stansiya Gənclik – Şimal” layihəsi yekunlaşdı

BAKI,TurkicWorld

Şimal regionlarını əhatə edən “Növbəti Stansiya Gənclik – Şimal” layihəsi uğurla başa çatıb.

TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində ümumilikdə 420 gənc təlim proqramlarına cəlb olunub.

Məlumata əsasən, layihənin əsas məqsədi gənclərin bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlıq mövqeyinin formalaşdırılması və gənclərlə iş sahəsində təşəbbüslərin artırılmasına töhfə vermək olub.

Layihə çərçivəsində “Komanda quruculuğu”, “Karyera planlaması”, “Natiqlik”, “Liderlik” və digər mövzular üzrə ümumilikdə 6 sessiya təşkil edilib. Təlimlər Siyəzən, Xaçmaz, Şabran, Quba və Qusar rayonlarında keçirilib. Görüşlər zamanı müxtəlif komanda oyunları və qrup işləri də təşkil olunub.

Qeyd olunub ki, layihənin davamlılıq mərhələsində iştirakçılar əldə etdikləri bilik və təcrübəni öz regionlarında digər gənclərlə təlim və görüş formatında bölüşəcəklər.

Bildirilib ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və fəaliyyət göstərdiyi müddət ərzində gənclər siyasətinə dəstək məqsədilə müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr reallaşdırıb. Birlik gənclərin vətənpərvərlik hisslərinin və dövlətçilik dəyərlərinin yüksəldilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Mövzuya görə xəbərlər