Son dəqiqə

güləş

Güləşçimiz Hacı Əliyev karyerasını başa vurub

Bakı. TurkicWorld

Sərbəst güləşçi Hacı Əliyev (65 kq) peşəkar karyerasını başa vurub.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, o bu barədə sosial şəbəkədə paylaşım edib.

"Son" başlığı ilə edilən paylaşımda deyilib: "Əziz doğma xalqım. Artıq uzun illərdir ki, çoxlu qələbələr gətirmişəm və hər dəfə qələbə qazanıb bayrağımız ən zirvələrə qaldırmaq və himnimizi səsləndirmək mənim üçün böyü şərəf olub. Çox sevinirəm ki, Allah mənə bu həyatda bu qədər qələblər nəsib etdi, məni yüksəltdi, məni ölkəmə və dünyaya tanıtdı. Birvaxtlar atasının əlindən tutub güləşə gedən Hacı haradan bilərdi ki, bu qədər qələbələr qazanıb tarix yazacaq. Qazandığım bu qələbələr tək mənim yox bütün Azərbaycan xalqının qələbəsi olub. Güləş karyeram ərzində o qədər medal qazandım ki, cənap Prezidentimiz İlham Əlievin dediyi kimi "sənin nə qədər medalın var bəlkə özün də bilmirsən. Bu doğurdan da belədir. Mənə bu günə qədər dəstək olan hər kəsə təşəkkür edirəm".

Hacı Əliyev 3 qat dünya və 4 qat Avropa çempionu olub. O, Rio-2016 Olimpiadasında bürünc, Tokio-2020-də isə gümüş medal qazanıb.

Qeyd edək ki, Hacı Əliyev Paris-2024 Olimpiadasında 1/4 finalda çıxışını başa vurub.

Mövzuya görə xəbərlər