Son dəqiqə

güləş

Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Bakı. TurkicWorld

İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatının 3-cü günündə yunan-Roma güləşi üzrə mübarizə yekunlaşlb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, bu növdə millimizin 2 bürünc medal qazanmaq şansı qalıb.

Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev (72 kq) millimizə növbəti medalları qazandırmağa çalışıb.

U-20 dünya çempionatı
Yunan-Roma güləşi

60 kq
Bu gün qatıldığı təsəlliverici görüşdə polşalı Dominik Partikaya qalib gələn Tural Əhmədov bürünc medal uğrunda güləşəcək. Onun rəqibi Neytral Bayraq altında çıxış edən rusiyalı Papik Dzavadiyan olub. İdmançımız 0:2 hesabı ilə uduzaraq, çempionatı medalsız başa vurub.

72 kq
Bürünc medal

Ruslan Nurullayevin medal uğrunda görüşdə rəqibi Venhao Hu (Çin) ilə qarşılaşıb. 6:5 hesabı ilə qalib gələn güləşçimiz dünya çempionatının bürünc medalını qazanıb.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi yığmasının heyətində Cocu Səmədov (87 kq) gümüş medala sahib çıxıb.

Mövzuya görə xəbərlər