Son dəqiqə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Elektron Təhlükəsizlik Xidməti (ETX)

ETX UFAZ-la Anlaşma Memorandumu imzalayıb

Bakı, TurkicWorld

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Azərbaycan-Fransız Universiteti (UFAZ) arasında Anlaşma Memorandumu imzalanıb.

TurkicWorld nazirliyə istinadən xəbər verir ki, sənədin əsas məqsədi informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadə qaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətində birgə fəaliyyətin təşkil edilməsidir.

Əməkdaşlıq çərçivəsində ETX-nin UFAZ-da təhsil alan tələbələr üçün bilik mübadiləsi sessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil etməsi, həmçinin qurum nümayəndələrinin universitetin təşkil etdiyi tədbirlərdə qonaq spiker qismində çıxış etməsi nəzərdə tutulur.

Mövzuya görə xəbərlər