Bakı. TurkicWorld
Özbəkistanın paytaxtı Daşkənddə gənclər arasında rapid və blits üzrə dünya çempionatı keçirilir.
TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, azərbaycanlı şahmatçı Ayan Allahverdiyeva rapiddə 6 turdan sonra liderlər qrupunda yer alıb.
O, 20 yaşadək şahmatçılar arasında 4,5 xalla 3-cü pillədə qərarlaşıb. Xəzər Babazadə isə 3,5 xalla 14-cüdür. Sabah rapiddə son 3 tur baş tutacaq.
Qeyd edək ki, yarışın sonuncu günündə şahmatçılar blitsdə üz-üzə gələcək.