Bakı, TurkicWorld
Dünya üzrə "Microsoft Windows" əməliyyat sistemi ilə çalışan avadanlıqlarda "Mavi Ekran Xətası" (BSOD –BlueScreen Of Death) müşahidə olunur. Bu xəta informasiya təhlükəsizliyi həlləri ilə məşğul olan "CrowdStrike" şirkətinin "FalconSensor" proqram təminatının ən son yenilənməsi nəticəsində baş verib.
TurkicWorld bu barədə Elektron Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir.
Belə ki, "Windows" sistemində baş verən çökmə dünya üzrə müxtəlif sektorlarda xidmətlərin dayanmasına səbəb olub.
Hazırda "Microsoft" şirkətinin çətinliklə bağlı rəsmi bəyanatı olmadan "Windows" əməliyyat sisteminin yenilənməsinindayandırılması tövsiyə olunur