Son dəqiqə

Azərbaycan Yunanıstan

Ağırlıqqaldırma yığmamız Vətənə dönüb

Bakı. TurkicWorld:

Yunanıstanın Saloniki şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyində iştirak edən Azərbaycan millisi Vətənə geri dönüb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında keçirilən qarşılama mərasimində idmançıları yaxınları, ailə üzvləri və media nümayəndələri qarşılayıblar.

Azərbaycan yığması 8 qızıl, 5 gümüş və 5 bürünc olmaqla 18 medal qazanıb.

U-15 yaş qrupunda Azərbaycan yığması komanda hesabında 2-ci yeri tutub. 709 xal toplayan millimiz Türkiyə, Polşa, Bolqarıstan kimi ölkələri qabaqlayıb. 1-ci pillədə 742 xalla Gürcüstan qərarlaşıb.

Mövzuya görə xəbərlər