Son dəqiqə

Azərbaycan

Azərbaycan millisi çövkən üzrə dünya çempionu olub

Bakı. TurkicWorld:

Çövkən üzrə Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının qalibi olub.

TurkicWorld xəbər verir ki, yığmamız Binə Atçılıq mərkəzində keçirilən mundialın həlledici görüşündə Mərakeşlə qarşılaşıb.

Komandamız rəqibi 2:0 hesabı ilə məğlub edərək, dünya çempionu tituluna yiyələnib. Yarışın bürünc medalı Nigeriyaya qismət olub. Onlar Özbəkistana 3:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, iyunun 10-da start götürən çempionatda 10 ölkənin yığması mübarizə aparıb.

Mövzuya görə xəbərlər