Son dəqiqə

güləş

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı bu gün başa çatıb

Bakı. TurkicWorld:

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı bu gün başa çatıb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, yarışın son günündə sərbəst güləşçilər daha 5 çəkidə mükafatçıları müəyyənləşdirıblər.

Azərbaycan millisi yarışın son günündə 3 medal qazanıb.

Sərbəst güləş

74 kq

Cəbrayıl Qadjiyev finalda Kamil Abdulvahabovla (AİN) qarşılaşıb. Rəqibini 6:5 hesabı ilə məğlub edən güləşçimiz Avropa çempionu tituluna yiyələnib.

61 kq

Yarımfinalda məğlub olan Nürəddin Novruzov 3-cü yer uğrunda güləşib. O, Yaqor Rudauskiyə (AİN) qalib gələrək, bürüncə sahib çıxıb.

86 kq

Arseniy Djioyev (86 kq) bürünc medal uğrunda finlandiyalı Miko Elkalayla mübarizə aparıb və qələbə qazanıb.

Sərbəst güləş yığmamız Avropa çempionatını 1 qızıl, 2 gümüş və 2 bürünclə başa vurub.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) və Ali Tsokayev (79 kq) bir gün öncə gümüş medal qazanıblar.

Mövzuya görə xəbərlər