Son dəqiqə

Bahar Muradova

Qadınalara qarşı ayrıseçkilik edənlərə qarşı tədbirlər sərtləşdirilməlidir - Dövlət Komitəsinin sədri

Bakı. TurkicWorld:

İşəgötürənlər tərəfindən qadınalara qarşı ayrıseçkilik edənlərə qarşı tədbirlər sərtləşdirilməlidir.

TurkicWorld xəbər verir ki, bunu mayın 7-si "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş" mövzusunda keçirilən 4-cü DİM Dialoqunda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, bəzən qanun olsa da, onun tətbiqi ilə bağlı müəyyən problemlər olur.

"Qanunvericiliyin tələblərinin icrası təmin olunmalıdır. Qadınların dayanıqlı inkişafını təmin etmək üçün onların müxtəlif vasitələrə çıxış imkanları təmin olunmalıdır. Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına qadınlarla bağlı müddəaların tam töhfə verəcəyinə inanıram", - o deyib.

Qeyd edək ki, Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Mövzuya görə xəbərlər