Bakı. TurkicWorld:
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın iclasında iştirak edib.
TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, bunu assosiasiyanın mətbuat xidməti açıqlayıb.
Məmmədov Klubların Lisenziyalaşdırılması Komitəsinin toplantısına üzv olaraq qatılıb. İclas UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutub.
Toplantı zamanı növbəti mövsüm üçün lisenziyalaşdırma qaydalarında nəzərdə tutulan dəyişikliklər müzakirə olunub.