Azərbaycan Macarıstanla avtobus yığılması layihəsinin praktiki icrasına başlayacaq

Azərbaycan Macarıstanla avtobus yığılması layihəsinin praktiki icrasına başlayacaq

Bakı. TurkicWorld:

Macarıstan və Azərbaycan arasında siyasi dialoq ən yüksək səviyyədədir.

TurkicWorld xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan-Macarıstan biznes forumunda çıxışı zamanı deyib.

"Bizim iqtisadi əlaqələrimiz bütün sahələr üzrə genişlənir. Enerji əməkdaşlığı artıq çoxşaxəlidir. Azərbaycan nefti bu gün Macarıstana ixrac edilir. Artıq bu ildən Azərbaycan qazının Macarıstana təchizatı başlanılıb. Təchiz edilən qazın həcmi ciddi şəkildə artacaqdır. Bu istiqamətdə aktiv müzakirələr aparılır.

Yaxın dövrlərdə Azərbaycanın Macarıstanla olan avtobus yığılması layihəsinin praktiki icrasına başlanılacaq",-deyə nazir əlavə edib.