AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək

Bakı. TurkicWorld:

26.04.2024 tarixində Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək.

TurkicWorld xəbər verir ki, Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB), AMEA, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə baş tutacaq forum nəşriyyat məhsulları və strategiyalarından, eləcə də nəşriyyat problemlərinə kompleks yanaşma təmin edən panellərdən ibarət olacaq.

Forum çərçivəsində 27-28 aprel tarixlərində Elmlər Akademiyasının həyətində Oxu Günü-10 sərgi-yarmarkası təşkil olunacaq.

Azərbaycan Naşirlərinin I Forumu və Oxu Günü-10 sərgi-yarmarkasının tərəfdaşları “MÜSİAD Azərbaycan”, “Hədəf Group”, Yunus Əmrə İnstitutu, “Badamlı”, “Oyal”, “Şərq-Qərb” və “Globalsoft” şirkətləridir.

Forumda iştirak şirkətlər üçün qeydiyyatla, Oxu Günü-10 sərgisində iştirak isə sərbəstdir.

Hafiz Rufizoğlu