Son dəqiqə

Fərid Qayıbov

Avropa gimnastikasının yeni mövsümü artıq start götürüb - Fərid Qayıbov

Bakı. TurkicWorld:

Avropa Gimnastikasının (EG) rəhbəri Fərid Qayıbov başçısı olduğu təşkilatın saytındakı “Prezidentin qeydləri” rubrikasında mart ayının yekunlarına toxunub.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, o, baharın ilk ayında Avropanın idman gimnastikası kursları keçirildiyini bildirib.

Qayıbov Prezident Şurasının Lozannadakı iclası və İcraiyyə Komitəsinin yığıncağının gündəlikdə bəzi məsələlərin müzakirəsi ilə yadda qaldığını xatırladıb: “2024-cü il martın 25-də qəbul olunan qeyri-adi qərarlardan biri idman gimnastikası üzrə 2025-ci ilin Avropa çempionatı ilə bağlıdır. Təəssüf ki, yarışa ev sahibliyi etməli olan İsraildəki gərgin vəziyyətin başa çatmaması üzündən sifarişlərin qəbuluna davam qərarı verməkdən başqa variant yox idi. Biz maraqlı olan avropalılar arasında yeni təşkilatçı axtarırıq. Gündəlikdə ötən il Konqressə uğurla təqdim olunan yeni strategiyanın reallaşması ilə bağlı layihələr də yer almışdı. Bu sahədə gələcək addımlar və fəaliyyətimiz ümumi hədəfimizə çatmaq üçün müzakirəsi zəruri olan məsələlərdir.

Həmçinin bizim federasiyalarla mümkün görüşlərimiz müzakirə edildi ki, bu tədbirlər Beynəlxalq Gimnastika Federasiyasının (FİG) rəhbərliyinə seçkilərə qədər keçirilməlidir. Seçkilər oktyabrın 24-26-da qurumun Dohada təşkil olunacaq 85-ci Konqresi çərçivəsində baş tutacaq”.

O, Portuqaliyanın Gimaraeş şəhərində start götürən batut və tamblinq üzrə Avropa çempionatına da toxunub: “Avropa gimnastikasında yeni mövsüm start götürüb. Onun ilk qəhrəmanları ümidləri kimi özləri də daha yüksəyə uçacaq gimnastlar olacaq. Dünya çempionatının olimpiya təsnifat seriyası həyəcanından sonra idmançılar qitə miqyasında nailiyyət üçün mübarizə aparacaq. Ardınca Parisdən də keçən qitə meydanlarında öz bacarığını idman gimnastları, sonra bədii gimnastika təmsilçiləri göstərəcəklər. Bütün gimnastlara Eyfel qülləsi hündürlüyündə fırlanan ümidlərini tapmağı arzulayıram...

... Müasir yüksək səviyyəli idmançı üçün daha gözəl nə ola bilər ki?

Mən düşünürəm ki, heç nə...”.

Mövzuya görə xəbərlər