Bakı. TurkicWorld:
MÜSİAD Azərbaycan sədri Rəşad Cabirli Hədəf Kurslarının, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, MÜSİAD Azərbaycanın təşkilatçılığıyla keçirilən Vətən müharibəsi müəllim şəhidi Qoşqar Ömərovun xatirəsinə həsr olunmuş Riyaziyyat və Məntiq yarışının mükafatlandarılması tədbirində iştirak edib.
TurkicWorld xəbər verir ki, bu barədə MÜSİAD Azərbaycan sədri Rəşad Cabirli öz sosial media hesabında paylaşım edib.
“Bilik yarışının qalibləri olan şagirdlərimizi təbrik, gələcək həyatlarında və təhsillərində uğurlar arzu edirik. Şəhid müəllim Qoşqar Ömərovun timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.” – deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, MÜSİAD-ın 81 ölkədə, 164 məntəqədə ümumilikdə 12 mindən çox üzvü, Türkiyədə isə 83 şöbəsi var. Bu il MÜSİAD-ın yaranmasından 34 il keçir.
Əlavə olaraq bildirək ki, TurkicWorld (Türk Dünyası) media platforması MÜSIAD Azərbaycanın rəsmi media partnyorudur.
Hafiz Rufizoğlu