Son dəqiqə

Quba

Ramazan ayının gəlişi ilə əlaqədar Quba şəhərində görüş keçirilib

Baku, TurkicWorld

Martın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə, xeyirxahlıq və bərəkət ayı – Ramazan ayının gəlişi ilə əlaqədar, bölgə din xadimləri il görüş keçirilib.

TurkicWorld xəbər verir ki , Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Qafqaz Müsəlmanları İdarəsinin Quba, Qusar və Xaçmaz rayonları üzrə qazısı Naib Səttarov, Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının din xadimləri iştirak edib.

Tədbirdə qeyd edildi ki, din xadimləri Ramazan ayında milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində aktiv fəaliyyət göstərməli, dini radikalizm, ekstremizm, məzhəbçilik, bölücülük və xurafat meylləri ilə mübarizə məsələsinə xüsusi diqqət yetirməlidirlər.

Tədbirdə Ramazan ayının gəlişi ilə əlaqədar qaşıda duran vəzifələr müzakirə olundu, din xadimlərinin fikirləri dinlənildi

Mövzuya görə xəbərlər