Bakı. TurkicWorld:
İslamofobiya günümüzdə sürətlə yayılır və mənfi nəticələri danılmazdır.
TurkicWorld xəbər verir ki, bunu Türkiyə Dəyanət Vəqfi İslam Araşdırmaları Mərkəzinin vitse-prezidenti, prof. Yaşar Çolak "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.
"İslamofobiyaya qarşı mübarizə qaçılmazdır. Təbliğat insanların şüuruna nüfuz edir. "Bütün müsəlmanlar günahkardır" kimi fikirlər cəmiyyətin şüuruna yerdilir və əsaslandırılmamış ideologiyadır. Aparılan tədqiqat əsasında məlum olub ki, hər üç uşaqdan biri müsəlman olduğunu gizlədir. Çünki müsəlmanlara qarşı münasibətin necə olduğunu bilir, görür", - deyə o bildirib.
Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçirilir.