Son dəqiqə

İslandiya

İslandiyanın Reykjanes yarımadasında bu il 4-cü vulkan püskürüb

Bakı. TurkicWorld:

İslandiyanın Reykjanes yarımadasındakı Qrindavik şəhərinin şimalında bu il dördüncü dəfə vulkan püskürməsi baş verib.

TurkicWorld AzerVoice-ə istinadən xəbər verir ki, səlahiyyətlilər partlayışın baş verdiyi ərazidə 1 kilometr uzunluğundakı çatdan çıxan lavanın təxminən 50 metr hündürlüyünə havaya sıçradığını və tüstünün qalxdığını bildirib.

Vulkan püskürməsi ilə əlaqədar Cənubi yarımadada fövqəladə vəziyyət elan edilərkən, Qrindavik şəhəri, Blue Lagoon turizm bölgəsi və Svartsengidəki su elektrik stansiyası boşaldılıb.

Xatırladaq ki, yarımadada vulkan püskürmələri yanvarın 14-də, fevralın 8-də və martın 17-də baş verib.

Hafiz Rufizoğlu

Mövzuya görə xəbərlər