Bakı, TurkicWorld
Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair başlıca milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Azərbaycan Respublikası beynəlxalaq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvi kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
TurkicWorld xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması işinə proqressiv rol vermişdir. Məhz bu kompaniya çərçivəsində, 4 mart tarixində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Siyəzən şəhər “Cümə” məscidi dini icmasının birgə təşkilatçılığı ilə Siyəzən şəhəri Heydər Əliyev küçəsində ağacəkmə aksiyası keçirilmişdir.
Aksiyada Siyəzən şəhər “Cümə” məscidi dini icmasının üzvləri, din xadimləri iştirak edib. Kompaniya çərçivəsində yaşıllaşdırma işləri aparılmış, qələmlər əkilmiş, qulluq olunmuş və “Yaşıl dünya naminə həmrəylik” ilinə töhfə olunmuşdur.