Son dəqiqə

Siyəzən

Siyəzəndə “Gender bərabərliyi və qadınların mütərəqqi cəmiyyətdə iştirakı” mövzusunda dəyirmi masa keçirilib

Baku, TurkicWorld

Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsi və "Siyəzən Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Gender bərabərliyi və qadınların mütərəqqi cəmiyyətdə iştirakı” mövzusunda tədbir keçirilib.

TurkicWorld xəbər verir ki, Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi Günel Ağayeva, "Siyəzən Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Nərmin Nəbiyeva, Siyəzən şəhər “Cümə” məscidinin qadın dini ayin icraçısı Əzimə Müzəffərova, pedaqoqlar və fəal gənclər iştirak ediblər.

Çıxışlarda bildirildi ki, Azərbaycanda qadınlar ölkə tarixinin bütün dövrlərində xalqın taleyüklü məsələlərinin həll edilməsinə öz töhfələrini veriblər. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakın hüquqi bazasını yaratdı. Qeyd edildi ki, məhz bunun nəticəsidir ki, Azərbaycanda qadınlar, dövlət idarəçiliyi sistemində fəal təmsil olunaraq, ictimai-siyasi proseslərdə yaxından iştirak etməklə, xalqımızın rifahı üçün dəyərli töhfələr verirlər.

Sonda tədbir diskussiya şəklində davam etdirildi, iştirakçılar mövzu ətrafında öz fikirlərini bildirdilər.

Mövzuya görə xəbərlər