Bakı. TurkicWorld:
Siyəzəndə “Dini ekstermizm: dünyəvi dövlət üçün zərərləri” mövzusunda seminar keçirilib.
TurkicWorld-un məlumatına görə, yanvarın 15-də Siyəzən şəhər C.Cabbarlı adına 1 saylı tam orta məktəbdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən Rayonu üzrə Təhsil Sektorunun və Siyəzən Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə “Dini ekstermizm: dünyəvi dövlət üçün zərərləri” mövzusunda seminar keçirilib.
Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon üzrə Təhsil Sektorunun məsləhətçisi Güllü Şeydayeva, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşı Hikmət Rəhmanov, müəllimlər və fəal gənclər, yeniyetmələr iştirak etmişdir.
Çıxışlarda bildirilmişdir ki, Azərbaycan dünyəvi dövlət kimi, burada yaşayan müxtəlif dinlərin nümayəndələri olan insanların dini etiqad azadlığının təmin olunmasına, dini abidələrin bərpası və tikintisinə xüsusi diqqət ayırır. Qeyd olundu ki, gənclər həmişə diqqətli olmalı, dini bilikləri doğru və qanuni mənbələrdən əldə etməlidirlər, dini fanatizm və ekstremizmə aparan yollardan uzaq durmalıdırlar. Vurğulanıb ki, ölkəmizdə dünyəvilik prinsipləri xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə formalaşıb və tolerantlığa münasibətdə mütərəqqi yanaşma da, məhz bunun açıq sübutudur.
Seminarda mövzu ətrafında gənclərə ətarflı məlumat verilərək, onları maraqlandıran suallar cavablandırılıb.