Rövnəq Abdullayev AFFA-dan gedir

Rövnəq Abdullayev AFFA-dan gedir

Bakı. TurkicWorld:

Rövnəq Abdullayev AFFA-nın prezidenti postuna namizədliyini irəli sürməyəcək.

TurkicWorld xəbər verir ki, bu barədə o, bu gün Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclasında deyib.

İclasın sonunda AFFA-nın prezidenti Rövnəq Abdullayev öz istəyi ilə aprelin 2-də keçiriləcək Hesabat-Seçki konfransında namizədiyini irəli sürməyəcəyini bildirib.

Qeyd edək ki, R.Abdullayev 2008-ci ildən AFFA-nın rəhbəridir.