Baku, TurkicWorld
Fevralın 29-da Xaçmaz rayonu Köhnə Xaçmaz kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və Gənclər və İdman Nazirliyinin Quba – Xaçmaz Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi ilə “Uşaqların humanizm və tolerantlıq ruhunda tərbiyəsinin mənəvi aspektləri” mövzusunda seminar keçirilib.
TurkicWorld xəbər verir ki, Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov, Quba – Xaçmaz Regional Gənclər və İdman İdarəsinin Xaçmaz rayon sektorunun məsləhətçisi Nizami Mustafayev, məktəbin şagirdləri iştirak edib.
Çıxışlarda bildirib ki, gənclərin, uşaqların şəxsiyyət kimi formalaşmasında və mənəvi tərbiyəsində humanizm hissi böyük rol oynayır. Qeyd olundu ki, Azərbaycan xalqının yaratdığı milli-mənəvi dəyərlərin gələcək nəsillərə çatdırılması dövlətimizin əsas prioritet istiqamətidir.
Tədbirdə mövzu barədə ətarflı məlumat verilərək, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Seminar, Azərbaycan Respublikası Prezidentinin 2 iyun 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Uşaqlara dair 2020-2030-cu illər üçün Strategiyası”nın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı çərçivəsində keçirilib.