Azərbaycan növbəti beynəlxalq sazişə qoşulur

Azərbaycan növbəti beynəlxalq sazişə qoşulur

Bakı. TurkicWorld:

Azərbaycan “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulur.

TurkicWorld xəbər verir ki, qanun Milli Məclisin bugün keçirilən yaz sessiyasının ilk iclasında müzakirəyə çıxarılıb və səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Qanuna əsasən, Azərbaycan Respublikası 2015-ci il oktyabrın 9-da Cenevrə şəhərində imzalanmış “Zeytun yağı və süfrə zeytunlarına dair 2015-ci il tarixli Beynəlxalq Saziş”ə qoşulur.