Heç bir qərar, qətnamə Azərbaycan xalqının iradəsinə təsir edə bilməz - Komitə sədri

Heç bir qərar, qətnamə Azərbaycan xalqının iradəsinə təsir edə bilməz - Komitə sədri

Bakı. TurkicWorld:

Heç bir qərar, qətnamə, bəyanat Azərbaycan xalqının iradəsinə təsir edə bilməz.

TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitə sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsinin heç bir əsası yoxdur.

“Heç bir qərar, qətnamə, bəyanat Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Biz müstəqil dövlətik və müstəqil siyasət həyata keçiririk.

Azərbaycana qarşı olan bu mövqe qəbul edilə bilməz. Həmin qurumlar nə qədər tez dərk etsələr ki, Azərbaycanla təzyiq dili ilə danışmaq olmaz, yaxşı olar”, - deyə o əlavə edib.