Bakı. TurkicWorld:
Dekabrın 20-də Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə təşkilatçılığı ilə “Sağlam gələcək üçün zərərli vərdişlərə qarşı birləşək!” mövzusunda seminar keçirilib.
TurkicWorld xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Günel Ağayeva, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirildi ki, əhalinin sağlamlığının qorunması, uşaqların və gənclərin sağlam böyüməsi dövlət siyasətinin əsasını təşkil edir. Qeyd olunub ki, zərərli vərdişlərə qarşı mübarizə aparılması və cəmiyyətə vurduğu ziyanın qarşısının alınması üçün Azərbaycan Respublikası tərəfindən lazımi tədbirlər görülməkdədir.
Sonda tədbir diskussiya şəklində davam etdirilərək, iştirakçılar mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər.