Son dəqiqə

güləş

Güləşçimiz qələbəni Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib

Bakı. TurkicWorld:

Bakıda keçirilən hərbçi güləşçilər arasında 36-cı dünya çempionatı maraqlı anlarla yadda qalıb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, millimizin pəhləvanı İbrahim Yusubov dünya çempionluğunu Azərbaycan və Türkiyə bayraqları ilə qeyd edib.

92 kq çəki dərəcəsində yarışan idmançı həlledici görüşdə türkiyəli rəqibini məğlub edib. Yusubov qələbə sevincini üçrəngli bayrağımızla yanaşı, qardaş ölkənin ay-ulduzlu bayrağı ilə bölüşüb və xalçanı dövrə vurub.

Qeyd edək ki, dünya çempionatının ilk günündə Azərbaycan güləşçiləri 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Mövzuya görə xəbərlər