Son dəqiqə

Siyəzən

Siyəzəndə 17 Noyabr Dirçəliş günü ilə əlaqədar seminar keçirilib

Bakı. TurkicWorld:

Noyabrın 17-də Siyəzən şəhər Gənclər mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin və “Siyəzən Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 17 Noyabr Milli Dirçəliş Gününə həsr olunmuş “Birlik və həmrəyliyin qələbəsi” mövzusunda seminar keçirilib.

Seminarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, "Siyəzən Gənclər evi" sosial xidmət müəssisəsinin direktoru Nərmin Nəbiyeva və gənclər iştirak edib.

Çıxışlarda bildirildi ki, otuz beş il bundan əvvəl-1988-ci ilin noyabrın 17-də Sovet dövlətinin xalqımıza qarşı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq, Bakının Azadlıq meydanında milli-azadlıq mübarizəsi başladı. Qeyd olundu ki, bu hərəkat dövlət müstəqilliyimizin bərpa edilməsi, vətəndaş cəmiyyəti yaradılması və ərazi bütövlüyümüzün təmin olunması yolunda tarixi rol oynadı.

Sonda tədbir diskussiya şəklində davam etdirilərək, iştirakçılar mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər.

Mövzuya görə xəbərlər