Son dəqiqə

Türk dövlətləri

Çox sevindiricidir ki, türk dövlətləri ətraf mühitin qorunmasına diqqət yetirirlər - Alessandra Rokkasalvo

Bakı. TurkicWorld:

Türk ölkələri arasında iqlim dəyişikliyinə uyğunlaşma və meteoroloji strategiyalar üzrə beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi regionda iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmada mühüm rol oynayır.

TurkicWorld xəbər verir ki, bu barədə BMT-nin İnkişaf Proqramınım Azərbaycandakı Rezident Nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo Türk Dünyası II Meteorologiya Forumuna ünvanlandığı videomesajda deyib.

"Çox sevindirici və vacibdir ki, türk dövlətləri iqtisadi, mədəni və sosial məsələlərlə yanaşı, ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinə diqqət yetirirlər. Bu, dövlətlərin insanlarının bu gün, sabah və gələcəkdə sahib olacağı həyat keyfiyyəti ilə bağlıdır", - deyə o əlavə edib.

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilib.

Mövzuya görə xəbərlər