TÜRKBİR-in ilk ümumi qurultayı 2024-cü ildə Bursada keçiriləcək

TÜRKBİR-in ilk ümumi qurultayı 2024-cü ildə Bursada keçiriləcək

Bakı. TurkicWorld:

Türk Dünyası Mədəniyyət Paytaxtları Dərnəyinin (TÜRKBİR) ilk ümumi qurultayı 2024-cü ilin ilk yarısında Bursada keçiriləcək.

TurkicWorld-un məlumatına görə, 2023-cü il Türk Dünyası Mədəniyyət Paytaxtı Şuşa tədbirlərinin bağlanış proqramında, Türk Dünyası Beynəlxalq Mədəniyyət Paytaxtları Birliyinin yaradılmasına dair anlaşma memorandumu imzalanıb.

Birliyin ilk ümumi qurultayına 2024-cü ilin ilk yarısında Türkiyənin Bursa şəhəri ev sahibliyi edəcək.

Qeyd edək ki, 2023-cü il Türk Dünyası Mədəniyyət Paytaxtı Şuşa tədbirlərinin bağlanış proqramı ilə “Mədəniyyət Paytaxtı” adı Türkmənistanın Anev şəhərinə verilib.

Aytac Süleymanova

Twitter: a_alieva_