Çingiz Hüseynzadə: "Azərbaycanın dünya voleyboluna geri dönüşü başlayır"

Çingiz Hüseynzadə: "Azərbaycanın dünya voleyboluna geri dönüşü başlayır"

Bakı. TurkicWorld:

"Bu görüş Azərbaycan üçün çox əhəmiyyətlidir".

İdman.biz xəbər verir ki, bunu MOK-un vitse-prezidenti Çingiz Hüseyinzadə deyib.

O, voleybol üzrə Azərbaycan çempionatının startı ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, AVF-a hər zaman dəstək olublar: "Azərbaycanın dünya voleyboluna geri dönüşü başlayır və ənənələrini yenidən bərpa edəcək".

Qeyd edək ki, Azərbaycan çempionatının yeni mövsümünün açılış matçında “Azərreyl” “Abşeron”la üz-üzə gələcək. “Bakı İdman Sarayı”nda keçiriləcək qarşılaşma saat 17:00-da start götürəcək.

Emin Ağa

İdman.biz