Əvvəlki illərdə videolarla bağlı müəyyən problemlərlə rastlaşırdıq - Çingiz Hüseynzadə

Əvvəlki illərdə videolarla bağlı müəyyən problemlərlə rastlaşırdıq - Çingiz Hüseynzadə

Bakı. TurkicWorld:

2022-ci ildə keçirilən festival Milli Olimpiya Komitəsinin 30 illik yubleyinə həsr olunmuşdu.

İdman.biz xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında qeyd edib.

O, MOK-un təsis etdiyi “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın münsiflər heyətinin mətbuat konfransında sonra bildirib ki, festivalın ötən il uğurla həyata keçirilməsi bunun daim olmasın zərurət yaradıb:

"Bunun səbəbi odur ki, bir il ərzində kifayət qədər materialın hazırlanması və ərsəyə gəlməsi mümkün deyil. Layihənin 2 ildən bir keçirilməsini qərara aldıq. Biz ancaq yeni filmləri qəbul edirik. Bu artıq baş tutan ikinci festivalı olacaq. Böyük ehtimalla İdman Günündə festivala yekun vurulacaq. Müəyyən məsələlər jurnalistlər tərəfindən bizə bildirildi. Təbii ki, bizdə bunları müzakirə edərək, nəzərə alacağıq. Milli Olimpiya Komitəsi Olimpizmin və idmanın inkişafına fəaliyyət göstərir və bu çox vacibdir”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, festivalın keçirilməsində əsas məqsəd müxtəlif qurumların, o cümlədən televiziyaların, idman federasiyalarının fəal iştirak etməsi üçün bir motivasiyadır.

"Əvvəlki illərdə bizim idmanımıza və idmançılarımıza həsr olunan istənilən video materiallar az olduğu üçün müəyyən problemlərlə rastlaşırdıq. Bu gün isə artıq kifayət qədər media idmanla maraqlanır. Bununla bağlı hətta idman proqramları da fəaliyyət göstərir. Bizdə bu məsələlərin genişlənməsi məqsədi ilə festival keçirdirik”,- deyə Çingiz Hüseynzadə əlavə edib.

Qeyd edək ki, “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın açılış mərasimi yanvarın 16-da Rəşid Behbudov adına Musiqi Teatrında baş tutacaq.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az, Turkic.World, İdman.Biz

İdman.biz