Son dəqiqə

Azərbaycan Türkiyə İran Səudi Ərəbistan Əfqanıstan Tacikistan İslam Həmrəyliyi Oyunları Voleybol Ər-Riyad

Azərbaycan millinin oyunlarının təqvimi məlum olub

BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov

Noyabrın 7–21-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları çərçivəsində təşkil olunacaq voleybol yarışlarının təqvimi açıqlanıb.

TurkicWorld xəbər verir ki, həmçinin qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının rəqibləri və oyunların başlama saatları müəyyənləşib.

Milli noyabrın 4-də mübarizəyə start verəcək. Komanda Tacikistan, İran, Türkiyə və Əfqanıstan yığmaları ilə qarşılaşacaq. Voleybol yarışlarına noyabrın 13-də yekun vurulacaq.

Milli komandanın oyun cədvəli:

4 noyabr

15:00. Azərbaycan - Tacikistan

6 noyabr

15:00. Azərbaycan - İran

9 noyabr

18:00. Azərbaycan - Türkiyə

12 noyabr

15:00. Azərbaycan - Əfqanıstan

Mövzuya görə xəbərlər