Son dəqiqə

Avropa çempionatı Karate

Qarabağda aparılan bərpa işləri üzrə xidmətin əmədakdaşı Avropa çempionatında üçüncü yer tutub

Bakı. TurkicWorld:

Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə xidmətinin əməkdaşı Avropa çempionatında üçüncü yer tutub.

TurkicWorld-un məlumatına görə, xidmətin əməkdaşı Orxan Süleymanov Karate IKU təşkilatının Sloveniyanın Novo mesta şəhərində təşkil etdiyi Avropa çempionatında 80+ mütləq çəki dərəcəsində 3-cü yeri qazanıb.

İdmançımız Azərbaycanı beynəlxalq arenada təmsil edib, üçrəngli bayrağımızı dalğalandırıb və dövlət himnimizi səsləndirib.

Mövzuya görə xəbərlər