Bakı. TurkicWorld:
Bu gün Slovakiyanın Bratislava şəhərində güləş üzrə Avropa çempionatı başa çatır.
TurkicWorld xəbər verir ki, yarışın son günündə Azərbaycanın yunan-Roma güləşçilərindən Nihat Məmmədli ardıcıl ikinci, Həsrət Cəfərov isə üçüncü dəfə qitə çempionu olublar.
Daha bir təmsilçimiz qızıl medal uğrunda mübarizə aparacaq.
Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq
Final
Nihat Məmmədli Georgi Tibilova (Serbiya) 7:3 hesabı ilə qalib gələrək Avropa çempionu olub.
67 kq
Final
Həsrət Cəfərov Abu Muslim Amayevə (Bolqarıstan) 7:1 hesabı ilə qalib gələrək Avropa çempionluğunu qazanıb.
72 kq
Ülvü Qənizadə təsəlliverici görüşdə erməni əsilli Alen Mirzoyana (UWW) qalib gəlib. O, bürünc uğrunda güləşəcək. Rəqib Aleksandr Lyavonçik (UWW) olacaq.
82 kq
Final
Qurban Qurbanov - Erik Silvassi (Macarıstan)