Son dəqiqə

güləş

U-23 Dünya Çempionatında çıxış edəcək Azərbaycan güləşçiləri fərqləndirilib

Bakı. TurkicWorld:

Dünya Güləş Birliyi oktyabrın 23-də Tiranada (Albaniya) start götürəcək U-23 Dünya Çempionatı haqqında yazı hazırlayıb.

TurkicWorld İdman.biz-ə istinadən xəbər verir ki, yazıda yarışın sərbəst növ üzrə əsas favoritləri söz açılıb. Siyahıda üç Azərbaycan güləşçisinin adı yer alıb.

65 kq çəki dərəcəsinin əsas favoritlərindən biri olaraq Zirəddin Bayramov göstərilib. Bayramovun U-20 Dünya Çempionatının iki qat gümüş medalçısı olduğu diqqətə çatdırılıb. Eyni zamanda, onun ilk dəfə bu səviyyədə güləşdiyi və “Yaşar Doğu”nun xatirəsinə həsr olunan turnirdə üçüncü olduğu diqqətə çatdırılıb.

74 kq-da isə digər Azərbaycan güləşçisi Cəbrayıl Hacıyev ön plana çəkilib. Hacıyevi 2022-ci ildə U-20 Dünya Çempionatında qazandığı qızıl medal vurğulanıb. 79 kq çəki dərəcəsində Əşrəf Aşirovun əsas favoritlər arasında olduğu Dünya Güləş Birliyi tərəfindən bildirilib.

Qeyd edək ki, U-23 Dünya Çempionatında ölkəmiz 26 güləşçi ilə təmsil olunacaq. Yarışa oktyabrın 29-da yekun vurulacaq.

Mövzuya görə xəbərlər