Son dəqiqə

Azərbaycan güləş

Dünya çempionatı: 1 qızıl, 3 bürünc şansı

Bakı. TurkicWorld:

Bu gün Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 dünya çempionatına yekun vurulacaq.

İdman.biz xəbər verir ki, mundialda yunan-Roma güləşçiləri son mükafatçıları müəyyənləşdirəcək.

Həlledici görüşlərdə Azərbaycanın 4 pəhləvanı xalça üzərinə çıxacaq.

U-23 dünya çempionatı
Yunan-Roma güləşi

55 kq
Fərid Sadıxlı bürünc medal uğurunda güləşəcək. O, Mihai Florin (Rumıniya) və Ulu Muratbekin (Qırğızıstan) cütünün qalibini sınağa çəkəcək.

63 kq
Ziya Babaşov təsəlliverici görüşdə Yurik Oveyanla (Ermənistan) qarşılaşacaq.

77 kq
Xasay Həsənli çempionluq döyüşünə çıxacaq. Güləşçimiz finalda moldovalı Aleksandrin Qutu ilə güləşəcək.

130 kq
Sərxan Məmmədov 3-cü yer uğrunda mübarizədə Parviş Parviş (Hindistan) - Apostolos Tsivolos (Yunanıstan) cütünün qalibi ilə yarışacaq.

Daha öncə yunan-Roma güləşçilərimizdən Ruslan Nurullayev (72 kq) yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, mundialda sərbəst güləşçilərimizdən Zirəddin Bayramovla (65 kq) Əşrəf Aşırov (79 kq) gümüş, Kənan Heybətov (70 kq), Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) bürünc medal qazanıb. Dünya çempionatında qadınlardan ibarət yığmamızın üzvlərindən Jalə Əliyeva (57 kq) 2-ci, Elnurə Məmmədova (50 kq) 3-cü yeri tutub.

Mövzuya görə xəbərlər