Bakı. TurkicWorld:
"Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi"nə dəyişiklik edilib.
TurkicWorld xəbər verir ki, bu barədə Baş nazir müvafiq qərarı imzalayıb.
Qərara əsasən, Azərbaycan Respublikası xarici işlər nazirinin və Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri də komissiyanın tərkibinə əlavə edilib.