Bakı. TurkicWorld:
"Demirören Holding"in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimatının keçirildiyi barədə məlumat vermişdik.
TurkicWorld xəbər verir ki, Azərbaycan-Türkiyə birgə media platforması olan "www.dhapress.com" portalının təqdimatı qardaş Türkiyənin aparıcı media subyektlərinin də böyük marağına səbəb olub.
Nüfuzlu DHA təqdimatla bağlı bu fikirlərə yer ayırıb: Demirören Xəbər Agentliyi (DHA) və Azərbaycanda fəaliyyət göstərən Trend Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi kimi hazırlanmış DHAPress iyul ayında Şuşa Qlobal Media Forumunda təqdim olunub. İki ölkənin ortaq gücü olan platformanın mediada tanıtımı bu dəfə İstanbuldakı Demirören Media Mərkəzində rəsmilərin iştirakı ilə baş tutub.
Türkiyənin Hürriyet-i də bu layihəyə biganə qalmayıb. Nüfuzlu media orqanı "Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimatında Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandr Giboi də iştirak edib", - ifadələrinə xüsusi yer ayırıb.
Qeyd etdiyimiz kimi, Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsinə olan maraq, bu layihəni işıqlandıran Türkiyənin nüfuzlu media orqanları az olmadı. Milliyet isə Türkiyə və Azərbaycanın ortaq media platformasının təqdimatı ilə bağlı xəbərdə əsas diqqəti qardaş ölkələrin "Media sahəsində ilk addım"ına yönəltdi.
Bursahakimiyet.com.tr isə "www.dhapress.com" portalının təqdimatı ilə bağlı xəbəri "İki ölkənin ortaq gücü" ifadələri ilə təqdim edib.
Trend Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi kimi hazırlanmış DHAPress iyul ayında Şuşa Qlobal Media Forumunda təqdim olunduğunu qeyd edən Türkiyənin www.deebi.net portalı da bu layihəni "Media sahəsində ilk addım" şəklində oxucularına təqdim edib.
Türkiyənin Ulusalhaber xəbər saytı Trend BİA və Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimatında Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Aleksandr Giboinin də iştirakını qeyd etməklə bu layihənin önəminə diqqəti çəkib.
Adagazetesi də bütün diqqəti iki qardaş ölkə arasında gerçəkləşən layihənin önəminə yönəldib. Saytda sözügedən təqdimatla bağlı dərc olunan yazıda bildirilib ki, Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Demirören Xəbər Agentliyi (DHA) və Azərbaycanda fəaliyyət göstərən Trend Beynəlxalq Xəbər Agentliyi birgə layihələri olan "www.dhapress.com"un İstanbulda açılış toplantısında iştirak edib.
Türkiyənin nüfuzlu video platformalarından olan Dailymotion da iki ölkənin ortaq gücü olan "www.dhapress.com" portalının təqdimatı ilə bağlı təşkil edilən tədbirdən maraqlı görüntülər paylaşaraq, izləyicilərini məlumatlandırıb.
Sondakika da Türkiyə və Azərbaycanın birgə media layihəsinə etinasız qalmayıb. Xəbər saytının təşkil olunan tədbirlə bağlı məqaləsində qeyd edilib: "Demirören Xəbər Agentliyi və Azərbaycanda fəaliyyət göstərən Trend Beynəlxalq İnformasiya Agentliyinin birgə layihəsi kimi hazırlanmış "www.dhapress.com" Şuşadan sonra İstanbulda təqdim olunub".
Qardaş ölkənin Haber16 xəbər portalı "www.dhapress.com"un təqdimatını "Türkiyə və Azərbaycan ortaq media platforması İstanbulda təqdim edildi" başlığı ilə oxucularının ixtiyarına verib.
Bursaburada isə Türkiyə və Azərbaycanın ilk birgə media layihəsi barədə bunları qeyd edib: İstanbulda Türkiyə və Azərbaycan ortaq media platforması təqdim edilib.
Com.tr də iki ölkənin ortaq gücü olan "www.dhapress.com" layihəsinin Türkiyə və Azərbaycan üçün olduqca böyük əhəmiyyətini qeyd edərək, məqaləsində bildirib: "İki ölkənin ortaq gücü olan platformanın mediada tanıtımı bu dəfə İstanbuldakı Dəmirörən Media Mərkəzində rəsmilərin iştirakı ilə baş tutub".
Xatırladaq ki, "Demirören Holding"in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimatı keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq.
Bu layihə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Lİderi Rəcəb Tayyib Ərdoğanın birgə təşəbbüsü əsasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin tərkib hissəsidir.
Qeyd edək ki, www.dhapress.com informasiya portalı DHA və Trend BİA-nın əməkdaşlığı nəticəsində yaradılıb. Layihənin Azərbaycanda təqdimatı iyulun 22-də Şuşada, Qlobal Media Forumu çərçivəsində baş tutub.