Vətən müharibəsi iştirakçıları DTX-nin “Bilgəh” istirahət mərkəzində olublar

Vətən müharibəsi iştirakçıları DTX-nin “Bilgəh” istirahət mərkəzində olublar

Bakı. TurkicWorld:

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə növbəti görüş təşkil edilmişdir.

DTX-nin mətbuat xidmətindən TurkicWorld-a bildirilib ki, tədbirdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, Dövlət Himni səsləndirilmiş və tədbir çıxışlarla davam etdirilmişdir. Çıxış edənlər şanlı salnaməmiz olan Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman hərbçilərimizin tarixi qələbə qazandıqlarını və bu zəfərlə Azərbaycanı dünyaya qalib ölkə kimi tanıtdırdıqlarını vurğulamış, şəhid ailə üzvlərinin və müharibə iştirakçılarının dövlətimiz tərəfindən hərtərəfli diqqət və qayğı ilə əhatə olunmalarından ətraflı bəhs etmişlər. Bildirilmişdir ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri, həmçinin qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması prosesinin surətlə və fəal şəkildə həyata keçirilməsi ölkəmizdə uğurla aparılan qətiyyətli siyasi xəttin sayəsində mümkün olur.

Çıxışlar bitdikdən sonra tədbir iştirakçıları vətənpərvərlik mövzusunda konsert proqramına tamaşa etmişlər